Tanınmış futbolçu "Qarabağ"a yox, Braziliyaya qayıtmaq istəyir

18 İyun 2020 10:10 Qarabağ 794
Tanınmış futbolçu "Qarabağ"a yox, Braziliyaya qayıtmaq istəyir

"Kayserispor"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vətəni Braziliyaya qayıtmaq istəyir.

Sportinfo.az "Gazeta Do Povo" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə "Koritiba" maraqlanır.

Lakin klubun direktoru Rodriqo Pastana hazırkı dönəmdə oyunçu almayacaqlarını söyləyib.

2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike “Qarabağ”da icarə əsasında çıxış edib. Braziliyalı oyunçunun yenidən Ağdam təmsilçisində çıxış etmə ehtimalının olduğu deyilir.

Enrike "Qarabağ"la UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb. O, Bakıda İtaliyanın "Roma" komandasına 1:2 hesabı ilə uduzduqları matçda fərqlənərək, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Digər Xəbərlər
Xəbər Lenti