KOMANDIR…

16 İyun 2020 14:08 Qarabağ 523
KOMANDIR…

Bu gün futbol tariximizin ən parlaq nümayəndələrindən olan Rəşad Sadıqovun doğum günüdür.

“Qarabağ”ın kapitanı 38 ilin əvvəlin bu günü Bakıda anadan olub. 2000-ci ildən peşəkar karyeraya (“Turan”da) başlayan Rəşad 19 yaşındakaykən A milli komandamızda debüt edir. Bir neçə il sonra isə kapitan sarğısı ona həvələ edilir.

Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. Onun karyerasının zirvəsi isə bu gün kapitanı olduğu “Qarabağ”la bağlıdır. Rəşad Ağdam klubunun 5 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrupuna düşməsində müstəsnə xidməti olmuş futbolçudur. Görünür, buna görədir ki, “Qarabağ” azarkeşləri onu “kapitan”, yaxud Rəşad deyil, “Böyük kapitan” deyə çağırırlar. Rəşad isə bir dəfə azarkeşlərlə görüşdə özünə “Komandir” deyə xitab edilməsindən xoşu gəldiyini söyləmişdi.

Rəşad Sadıqovu bugünkü doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, həyatda və işlərində yeni uğurlar arzulayırıq.

Rəşadın “Rusenborq”a vurduğu, “Qarabağ”ın Avropada uğurlarına yol açan tarixi qolu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!