"Ola bilər ki, Dabonun "Qarabağ"a hörməti var" - Klub rəsmisi

16 İyun 2020 09:28 Qarabağ 971
"Ola bilər ki, Dabonun "Qarabağ"a hörməti var" - Klub rəsmisi

"Dabonun bu addımını "Qarabağ"a gəlmək istəyi kimi dəyərləndirmirəm".

Bu sözləri Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlamasında "Neftçi"nin hücumçusu Baqali Dabonun sosial şəbəkələrdə "Qarabağ" forması ilə paylaşılan şəklinə münasibət bildirərkən deyib.

"Qarabağ" rəsmisi baş verən hadisəni normal qarşıladığını bildirib: "Futbol dünyasında olan bir şeylərdir. Zaman-zaman münasibəti olan futbolçular oyundan sonra formaların dəyişirlər.

Dabonun, ola bilər ki, "Qarabağ"a hörməti var. Buna da normal yanaşıram. Azərbaycanda olan futbolçunun "Qarabağ"ın formasını geyinmək istəməsindən təbii bir şey yoxdur".

İbrahimov bir vaxtlar Riçard Almeydanın "Neftçi" forması ilə bağlı yaşadığı qalmaqalı yada salıb: "Mən şəxsən bu paylaşımı hörmətsizlik kimi qəbul etmirəm.

Bir vaxtlar Riçard Almeyda ilə bağlı forma söhbəti olmuşdu. Futbolçumuz Qəbələdə baş tutan "Neftçi" ilə kubokun final oyunundan sonra Flavinyo ilə formasını dəyişmişdi.

O, "Neftçi" formasını şortikinə keçirmiş və demişdi ki, mən bu formanı necə kənara atıb, ona hörmətsiz yanaşa bilərəm? Belə şeylər futbol tarixində olur".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!