"İMARƏT": Guya, "Neftçi" "Qarabağ"ın əsas rəqibiymiş!  Kiçiyimiz oldun…" FOTO

15 İyun 2020 23:00 Qarabağ 1 161
"İMARƏT": Guya, "Neftçi" "Qarabağ"ın əsas rəqibiymiş!  Kiçiyimiz oldun…" FOTO

"Neftçi”nin hücumçusu Baqali Dabonun həyat yoldaşı Tuğbanın onun "Qarabağ" formasında olan fotosunu öz sosial şəbəkə hesabında paylaşması gündəmə “bomba“ kimi düşdü.

Bütün futbol ictimaiyyəti ilk dəfə Sportinfo.az-ın yaydığı qalmaqallı fotonu müzakirə edir.

"Qarabağ"ın ən böyük azarkeş qrupu olan "İmarət" də məsələyə biganə qalmayıb. "İmarət" sosial şəbəkədəki səhifəsindən məlum foto ilə bağlı aşağıdakı paylaşımı edib:

"Dabonun "Qarabağ" forması geyinməsin niyə qəbul etmirsiz? Azərbaycanda oynayan bütün normal futbolçuların "Qarabağ"a rəğbəti var. İstər açıq, istər gizli.

Dabo da böyüklüyümüzü qəbul edib. Guya, "Neftçi" "Qarabağ"ın əsas rəqibiymiş... Kiçiyimiz oldun, "Neftçi"!".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!