"Qarabağ"ın istəmədiyi qapıçı "Olimpiakos"un hədəfində

15 İyun 2020 21:00 Qarabağ 748
"Qarabağ"ın istəmədiyi qapıçı "Olimpiakos"un hədəfində

“Qarabağ”ın transferindən vaz keçdiyi Gentian Selmani karyerasını Yunanıstanda davam etdirə bilər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Olimpiakos” qolkiperin xidmətində maraqlıdır.

Türkiyə I liqa təmsilçisi “Menemenspor”da forma geyinən Selmani cari mövsüm göstərdiyi perforsmansla diqqətləri üzərinə çəkməyi bacarıb. Albaniyalı qapıçı ilə “Olimpiakos”la yanaşı, “Spartak” (Moskva), “Boloniya” və “Saraqosa”nın da maraqlandığı bildirilir.

Bir müddət öncə Türkiyə mətbuatı “Qarabağ”ın da Selmanini transfer etmək istəyidini yazmışdı. Onun klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. “Transfermarkt.com” saytında gənc qolkiperin dəyəri 500 min avro olaraq göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti