Seçim qarşısında: "Qarabağ"ı, yoxsa "Koritiba"ya transfer olacaq?

15 İyun 2020 12:30 Qarabağ 1 471
Seçim qarşısında: "Qarabağ"ı, yoxsa "Koritiba"ya transfer olacaq?

"Koritiba" hazırda "Kayserispor"da çıxış edən "Qarabağ"ın sabiq legioneri Pedro Enrike ilə maraqlanır.

"Radio Banda B" nəşrinin yazdığına görə, Braziliya klubu 30 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edə bilər.

Pedro Enrikenin Türkiyə təmsilçisi ilə müqaviləsi 2022-ci ildə başa çatır. O, cari mövsüm 20 oyuna 8 qol vurub və komandanın bombardiridir.
2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib.

O, Ağdam təmsilçisi ilə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb. Enrike "Qarabağ"ın Bakıda "Roma"ya 1:2 hesabı ilə uduzduğu matçda fərqlənib, bununla da Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Azərbaycan çempionu braziliyalını yenidən düşərgəsinə qaytarmaqda maraqlıdır. Danışıqlar bu ilin yanvarından başlayıb. Super Liqanı tərk etməyə ən real namizəd olan "Kayserispor" cənubi amerikalı qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkir.

"Sambaçı" maaşının aylarla ödənilməməsindən, gecikdirilməsindən narazıdır. Müqavilənin şərtlərinə əsasən, komanda I Liqaya düşərsə, o, azad agent almaq haqqına sahibdir.

Bu, yenə Pedro ilə "Kayserispor" rəhbərliyi arasında keçiriləcək görüşün nəticəsinə bağlıdır. "Qarabağ" iyulun sonuna qədər gözləyib, onun dönüşünü gerçəkləşdirməyi planlaşdırır. 1 sent transfer haqqı ödəmədən.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti