"Qarabağ" istəmədi - Almanlar qiyməti aşağı salsa da…

14 İyun 2020 21:00 Qarabağ 1 455
"Qarabağ" istəmədi - Almanlar qiyməti aşağı salsa da…

«Qarabağ» ötən yay «Ştutqart»dan icarəyə götürdyü Ayltonun transfer hüququnu almaqdan imtina edib.

Sportinfo.az-ın məlumaıtna görə, Almaniya klubu qiyməti 700 min avroyadək aşağı salsa da, Azərbaycan çempionu braziliyalı müdafiəçini birdəfəlik almaq istəməyib.

Qurban Qurbanov meydandankənar amilləri də nəzərə alaraq, cənubi amerikalının xidmətində maraqlı olmayıb. «Sambaçı»nın həm oyununa, həm də şəxsi həyatına diqqət yetirməməsi təcrübəli mütəxəssisin ondan üz döndərməsi ilə nəticələnib.

Baş məşqçinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Aylton ona bildirilən iradlardan dərs çıxarmayıb, bu da yolların ayrılmasını qaçılmaz edib.

Digər Xəbərlər
Xəbər Lenti