"Qarabağ" şəhərin "göbəy"ində 4 "qonaqlıq" verdi - FOTOLAR

14 İyun 2020 13:40 Qarabağ 850
"Qarabağ" şəhərin "göbəy"ində 4 "qonaqlıq" verdi - FOTOLAR

"Qarabağ" və "Səbail" arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Məlumat üçün qeyd edək ki, oyun tərəflərin qarşılıqlı razılığı əsasında 90 deyil, 120 dəqiqə davam edib.

Görüşdə hesabı 7-ci dəqiqədə qonaqlar açıblar. "Dənizçilər"in heyətində gənc futbolçu Bahadur Həziyev fərqlənib. 24-cü dəqiqədə isə "köhlən atlar" hesabı bərabərləşdiriblər.

Mahir Emreli qapıçıdan qayıdan topu tora qovuşdurub. Birinci hissənin sonlarında Ovusu Kvabena cərimə zərbəsindən vurduğu qolla "Qarabağ"ı önə çıxarıb - 2:1. İlk yarı bu hesabla başa çatıb.

İkinci hissə də "Qarabağ"ın üstünlüyü ilə keçib. 86-cı dəqiqədə ağdamlılar fərqi artırıblar. Qara Qarayev uzaq məsafədən baxımlı qol vurub.

30 dəqiqədən ibarət 3-cü hissədə də üstün tərəf "Qarabağ" olub. Bunun məntiqi nəticəsi kimi Qurban Qurbanovun baş məşqçi olduğu komanda 116-cı dəqiqədə növbəti dəfə qonaqları məyus edib. Filip Ozobiçin qolu yekun hesabı müəyyənləşdirib - 4:1.

"Qarabağ" - "Səbail" 4:1
Qol: Mahir Emreli, 24. Ovusu Kvabena, 42. Qara Qarayev, 90. Filip Ozobiç, 116 - Bahadur Həziyev, 9.

Tofiq Bəhramov adına Respubliika Stadionu.

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Xayme Romero, Mahir Emreli, Rəşad Sadıqov (k), Abdullah Zubir, İsmayıl İbrahimli, Ovusu Kvabena, Abbas Hüseynov, Bədavi Hüseynov.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!