"Qarabağ" elə bir futbolçusuna müqaviləni pozmağı təklif etdi ki…

11 İyun 2020 10:52 Qarabağ 1 808
"Qarabağ" elə bir futbolçusuna müqaviləni pozmağı təklif etdi ki…

Maqaye Qeye ilə vidalaşan «Qarabağ» daha bir legionerinə müqaviləni qarşılıqlı razılaşma əsasında pozmağı təklif edib.

Sportinfo.az-ın məlumatına görə, Ağdam təmsilçisi Miçel Madeyra ilə yollarını ayırmaq istəyindədir.

2015-ci ildə İsraildən – «Makkabi»dən (Hayfa) gələn ispaniyalı legionerin sözləşməsinin başa çatmasına hələ 1 il qalıb. Lakin Qurban Qurbanov 35 yaşlı yarımmüdafiəçinin komandaya artıq fayda vermədiyi qənaətindədir.

Miçel «Qarabağ»dan vaxt istəyib. O, qarşıdakı həftələrdə özünə klub tapacağı təqdirdə, gedəcəyini bildirib. Əks halda, cari ilin dekabrından tez Azərbaycanı tərk etməyəcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti