"Qarabağ"da 3 illik kontrakt – GİZLİ TRANSFER DOSYESİ

6 İyun 2020 14:08 Qarabağ 1 828
"Qarabağ"da 3 illik kontrakt – GİZLİ TRANSFER DOSYESİ

Bilindiyi kimi, "Qarabağ" ilk transferini həyata keçirməyə hazırlaşır.

Ağdam təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina ilə prinsipial razılığa gəlib.

Sportinfo.az-ın məlumatına görə, 27 yaşlı stopperlə 3 illik (2+1) müqavilə imzalanacaq. Son klubu Portuqaliyada "Deportivu Şaviş" olan cənubi amerikalının bu ayın sonunadək – sərhədlər açılandan sonra Azərbaycana gəlməsi planlaşdırılır.

Medina hələ yanvarda "Qarabağ"la anlaşıb. Sadəcə, həmin vaxtadək artıq iki dəfə klub dəyişdiyindən, Azərbaycan çempionu onun transferini yaya saxlamaq məcburiyyətində qalıb.

Maraqlıdır ki, kolumbiyalının peşəkar futbol karyerası yalnız Portuqaliya ilə bağlıdır. O, əvvəllər "Naval", "Mura", "Sintrens", "Pinalnovens" və "Akademika Viseu" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı