Cerarrd da "Qarabağ"ın istədiyi qapıçıya elçi düşdü

4 İyun 2020 23:40 Qarabağ 772
Cerarrd da "Qarabağ"ın istədiyi qapıçıya elçi düşdü

Mövsümün əvvəlində "Qarabağ"ın transfer etmək istədiyi qapıçısı Vatslav Qladki “Sent-Mirren” (Şotlandiya) ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı çexiyalı qolkiperin başa çatan müqaviləsi yenilənməyəcək.

Azad agent olan oyunçu ilə Şotlandiyadan "Reyncers" də maraqlanır. Komandanın baş məşqçisi Stiven Cerrard Qladkini yollarını ayırdıqları Ues Foderingemə əvəzləyici kimi görür.

Nəşr bildirir ki, belə olacağı təqdirdə, çexiyalı qolkiper 38 yaşlı təcrübəli Allan Makqreqorla rəqabət aparmalı olacaq “Sent-Mirren” mövsümün əvvəlində qapıçısı Vatslav Qladki üçün “Qarabağ”ın 200 min funt sterlinqlik təklifini geri çevirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu