Mahirin evindən oğurlanan 60 min manat qaytarılmayıb

28 May 2020 11:34 Qarabağ 1 381
Mahirin evindən oğurlanan 60 min manat qaytarılmayıb

“Evimdə baş verən oğurluq hadisəsi ilə bağlı istintaqda ifadə vermişəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının və "Qarabağ"ın futbolçusu Mahir Emreli deyib.

Hücumçu qeyd edib ki, hələlik ona dəymiş ziyan ödənilməyib. M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov tutulub.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar M.Emrelinin evindən başqa daha 12 mənzili qarət ediblər.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Digər Xəbərlər
Xəbər Lenti