Özünü "Qarabağ"la reklam edən - VİDEO

28 May 2020 13:54 Qarabağ 699
Özünü "Qarabağ"la reklam edən - VİDEO

Bosniya və Herseqovinadan "Sarayevo"nun yarımmüdafiəçisi Amar Rəhmanoviç karyerasını "Qarabağ"da davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.

Yerli mətbuatın iddiasına görə, 26 yaşlı oyunçu İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam klubu ilə müqavilə imzalamağa hazırlaşır.

Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün Rəhmanoviç paytaxt klubundan ayrılmaq fikrindədir. Bosniyalı mərkəz yarımmüdafiəçisi bu mövsüm 12 oyunda 3 qol vurub, 4 assist edib.

Onun "Sarayevo" ilə müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək. Amar daha öncə "İstra", "Koper", "Maribor" və "Çelye" kimi klublarda çıxış edib.

Sportinfo.az onunla bağlı hazırlanmış videoreportajı təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti