5 milyona ərəblərin gücü çatır, “Qarabağ”ın yox!

20 May 2020 15:04 Qarabağ 2 004
5 milyona ərəblərin gücü çatır, “Qarabağ”ın yox!

Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı gözlənilən Aylton Silvanı transfer etmək istəyən klubların sayı artır.

Türkiyədən ”Alanyaspor”un maraq dairəsində olan braziliyalı müdafiəçiyə indi də Birləşmiş Ərəb Əmirliklərindən təklif gəlib.

Adıçəkilən ölkədən “Adciman” və “Hatta” müdafiəçini heyətə qatmaq istəyir. Artıq klub nümayəndələri ilə Ayltonun meneceri arasında ilkin danışıqların aparıldığı da deyilir.

Müqavilə ilə “Ştutqart”a məxsus olan ”sambaçı”nın mövsümün sonunda “Qarabağ”dan ayrılacağı dəqiqləşib. Almaniya klubu onun transfer qiymətini də müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, cərnubi amerikalı istəyən müştəri 5 milyon avro ödəməlidir. Bundesliqa təmsilçisi Ayltonu yenimdən icarəyə vermək istəmədiyindən, Azərbaycan çempionu gözünü ondan çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!