Qurban Qurbanovun nə danışdığını ilk dəfə mətbuata söylədi: "1-2 səhv edəcəklər"

18 May 12:30 Qarabağ 513
Qurban Qurbanovun nə danışdığını ilk dəfə mətbuata söylədi:

"Qarabağ"ı dünyaya tanıtmağı planlaşdırırdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu "Germistoncitynews" nəşrinə müsahibəsində Danimarkada "Kopenhagen"ə qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

30 yaşlı hücumçu ilk yarının bitməsinə bir dəqiqə qalmış qol buraxdıqlarını xatırladıb. Cənubi afrikalı forvard baş məşqçi Qurban Qurbanovun fasilədə futbolçulara müraciət etdiyini vurğulayıb:

"İlk hissə komanda olaraq oynadığımız ən pis matç idi. Fasilədə baş məşqçimiz dedi ki, rəqib bizə qarşı çox basqılı oynayacaq və yalnız bir-iki dəfə müdafiədə səhv edəcəklər. İkinci hissənin başlamasından 6 dəqiqə sonra qol vurdum".

Dino Ndlovu şəxsi həyatı və karyerası barədə də danışıb. Karyerasına "Platinum Stars Academy"də başlayan oyunçu həmin vaxt məşqə getmək üçün pulunun olmadığını söyləyib:

"Yohannesburqun mərkəzinə getmək üçün səhər 6-da oyanırdım. Daha sonra Modderfonteynə geri qayıtmaq üçün taksiyə minirdim. Səhər tezdən oyanmağıma baxmayaraq hər gün məşqə gec çatırdım".

Hücumçu son məşq günündə Modderfonteynə qayıtmaq üçün pulunun olmadığını etiraf edib: "Son çarəm park stansiyasında yatmaq üçün yer tapmaq idi. Düşündüm ki, ya ayaq üstə yatacağam, ya da stansiyanın dəhlizləri arasında sığışmağa çalışacağam".

Oyunçu bunun üçün anasına yalan danışdığını bildirib: "Bank hesabım və ya mənə pul göndərməsi üçün bir yol yox idi. Təhlükəsiz yerdə olduğumu bildirmək üçün mesaj göndərdim, o da inandı".

O, 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib. Ndlovu həmin gün tualetdə yatdığını deyib: "Məni meyvə satan satıcı oyatdı. Ona vəziyyəti izah etdim. Mənə banan, alma, armud və 20 rand pul verdi.

Bunu heç vaxt unutmayacam. Həmin gün taksiyə mindim. Çox xoşbəxt idim, baş məşqçi Rhulani Mokvena həmin gün mənə evə qayıtmaq üçün 200 rand verdi və karyeram başladı".

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...