"Qarabağ" bu transfer üçün 500 min avro ödəyəcək? - VİDEO

13 May 2020 10:52 Qarabağ 1 081
"Qarabağ" bu transfer üçün 500 min avro ödəyəcək? - VİDEO

“Qarabağ” Türkiyənin 1-ci liqa təmsilçisi “Menemenspor”un qapıçısı Gentian Selmanini transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin baş məşqçisi Cenk Laleci “Radyospor”a açıqlamasında deyib.

O, Ağdam klubunun 22 yaşlı qolkiper üçün rəsmi təklif göndərdiyini bildirib: “Selmanini təkcə ölkəmizdəki yox, əcnəbi klublar da izləyir. “Qarabağ”dan təklif almışıq. Klublar arasında danışıqlar davam edir”.

“Menemenspor”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq albaniyalı qapıçı bu mövsüm 28 matçda meydana çıxıb. Türkiyə mətbuatının yazdığına görə, “Menemenspor“ Albaniya yığmasının kiperini yaxşı qiymətə satıb, nisbətən ucuz “əlcək sahibi“ almağa hazırlaşır.

Onun üçün müəyyənləşdirilən transfer qiyməti isə 500 min avrodur. Selmanı "Trabzonspor”un da transfer siyahısındadır.

Digər Xəbərlər
Xəbər Lenti