"Qarabağ"ın futbolçusu qan istədi - "Qan Bankı”üçün

10 Aprel 2020 00:52 Qarabağ 449
"Qarabağ"ın futbolçusu qan istədi -

"Qarabağ"ın futbolçusu Qara Qarayev Qan Bankının "Könüllü donor" aksiyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özünün "Instagram" səhifəsində bildirib.

Bakıdakı xəstəxanalardan birində könüllü qan verən Azərbaycan millisinin üzvü fotosunu sosial şəbəkədə paylaşıb. Qara hər kəsi aksiyaya qoşulmağa çağırıb:

"Son zamanlar baş qaldıran COVID-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik.

Amma unutmayaq ki, “Qan Bankı”nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm".

Digər Xəbərlər
Xəbər Lenti