"Qarabağ" türk ulduza 2illik müqavilə təklif etdi

1 Aprel 2020 12:30 Qarabağ 1 089
"Qarabağ" türk ulduza 2illik müqavilə təklif etdi

"Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk gələcəyi ilə bağlı qərar qəbul edib.

29 yaşlı orta sahə oyunçusu mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

Qış fasiləsində "Çaykur Rizəspor", "Sivasspor", həmçinin "Qarabağ"ın təklifinə "yox" deyən Alper maaşının 40 faiz azaldılmasına baxmayaraq, "sarı-lacivərdlilər"də qalmağı üstün tutmuşdu.

Lakin Türkiyə millisinin üzvü bu dəfə fikrini dəyişib. Yeni ildən sonra əsas komandaya cəlb olunmayan futbolçu mövsümün sonunda təklifləri nəzərdən keçirməyə hazırdır.

Potukun "Fənərbaxça" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. Lakin "sarı-göylər" onunla sözləşməyə qarşılıqlı razılıqla xitam verməyə hazırdır. Bu isə o deməkdir ki, "Qarabağ" mövsüm bitdikdən sonra türkiyəli oyunçunu azad agent kimi heyətə qata bilər.

Onun Türkiyə Superliqasından bir neçə klubun maraq dairəsində olması Azərbaycan çempionunun işini çətinləşdirmir. Çünki menecerlər vasitəsilə bugünlərdə yenidən Alperlə təmasa keçən ağdamlılar ilkin razılığını alıb.

Qurban Qurbanovun komandası bu yay Çempionlar Liqasına vəsiqə qazanmalıdır ki, o, yolunu ölkəmizdən salsın. Hər halda Türkiyə millisinin sabiq üzvünün şərtlərindən biri budur. Burada əsas heyətin dəyişməz ismi olacağına şübhə etməyən Alperə 2 illik (1+1) müqavilə təklif olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti