“Qarabağ” bu xəbərə aydınlıq gətirdi

30 Mart 15:04 Qarabağ 562
“Qarabağ” bu xəbərə aydınlıq gətirdi

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov komandanın kapitanı Rəşad Sadıqovun Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırması barədə xəbərlərə aydınlıq gətirib.

Klubun press-ateşesi Sportinfo.az-a bildirib ki, futbolçuların topladığı 50 min manat 38 yaşlı müdafiəçinin adından ölkə prezidentinin yaratdığı fondun hesabına köçürülüb.

Başqa sözlə, yığılan vəsaitin bank hesabına transferi üçün Sadıqovun şəxsiyyət vəsiqəsindən istifadə olunub.

Daha öncə fonda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 20 min manat ayırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyun 22:20 Ronaldo bunu da etdi ...