"Qarabağ"lı özünü "Real" və "Barselo"nanın ulduzları ilə müqayisə etdi

29 Mart 2020 18:40 Qarabağ 981
"Qarabağ"lı özünü "Real" və "Barselo"nanın ulduzları ilə müqayisə etdi

“Mənim oynadığım mövqe dördlü müdafiənin önüdür. Matç ərzində ən çox təzyiq orada olur”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev klubun rəsmi “facebook” səhifəsində canlı yayımda olarkən azarkeşin sualına cavab verərkən deyib.

28 yaşlı yarımmüdafiəçi geriyə müntəqəm ötürmə etməsinə dair iddialarla razılaşmayıb: “Rəqibin mənim mövqeyimdə topu əldə etməsi birbaşa bizim qapımıza təhlükədir. Bütün oyunlardan sonra statistik göstəriciləri özüm üçün toplayıram.

“Barselona”nın oyunçularından tutmuş, “Real Madrid”in və digər klubların futbolçularına qədər müqayisə aparıram ki, daha çox arxaya ötürmə verirəmmi? Bütün hallarda mənim arxaya ötürməm daha azdır".

Qarayevin sözlərinə görə, insanlarda geriyə ötürmə verməsi kimi bir deyim kimi formalaşıb və onların beyinlərində həkk olunub. Onun fikrincə, bəzən geriyə ötürmə etmək qorxaqlıq və top itkisinə görə çəkinmək anlamına gəlməməlidir:

"Bəzən oynadığımız komandalar elə səviyyədə olur ki, topun bizdə daha çox qalması komandamızın daha yaxşı oyun nümayiş etdirməsinə gətirib çıxarır. Arxaya çox ötürmə verdiyimi düşünmürəm.

Milli komandanın oyunlarından sonra da bəzi jurnalistlər mənə belə bir irad tuturdular. Mən isə statistik göstəriciləri onlara göstərdim və sübut etdim ki, ən az geriyə ötürmə edənəm. Tələb etdim ki, yazılarını dəyişsinlər. Amma dəyişmədilər. Yenə də öz fikirlərində qaldılar".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı