Qurban Qurbanov: “Hakimdən başqa hamı dedi ki...”

29 Fevral 2020 20:24 Qarabağ 1 242
Qurban Qurbanov: “Hakimdən başqa hamı dedi ki...”

“Bir xal qazandıq. Xallarımızın üzərinə bir xal da gəldi”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la keçirilən matçı dəyərləndirərkən deyib.

Oyunsonrası mətbuat konfransında 48 yaşlı mütəxəssis 0:0 hesablı nəticəyə münasibət bildirib: “Rəqib 90 dəqiqə müdafiə olundu. Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir.

Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

Qurbanov sayılmayan qol epizodu barədə də danışıb: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də.

Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Hakimlərimiz gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar".

Digər Xəbərlər
Xəbər Lenti