“Qarabağ”dan 5 MARAQLI…

23 Fevral 2020 17:00 Qarabağ 1 320
“Qarabağ”dan 5 MARAQLI…

Bu gün Azərbaycan Premyer Liqasında XVIII yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" cari mövsüm yeganə məğlubiyyətini məhz bugünkü rəqibindən alıb.

2019-cu il noyabrın 22-də keçirilmiş matçda "Sumqayıt" evdə 2:1 hesablı qələbə qazanıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv isə ilk dövrənin oyununda üstün olub - 2:0.

Ümumiyyətlə, iki komanda arasında indiyədək 30 çempionat görüşü keçirilib. Bunların 22-də "Qarabağ", 5-də "Sumqayıt" üstün olubsa, 3 matç heç-heçə ilə yekunlaşıb.

Topların nisbətində də ağdamlılar böyük fərqlə öndədirlər - 64:14. 17 matçdır meydanı qolsuz tərk etməyən “Qarabağ” axırıncı 8 ev oyununda qalib gəlib. “Sumqayıt” isə səfərdəki son 4 matçda qol vurmayıb.

“Qarabağ” rəsmi sosial profili üzərindən “Sumqayıt“a ismarıc - “5 maraqlı fakt“ yollayıb.

Digər Xəbərlər
Xəbər Lenti