Qurbanov futbolçularıdan istədi: "Bacardıqca çox vurun"

20 Fevral 2020 10:16 Qarabağ 330
Qurbanov futbolçularıdan istədi: "Bacardıqca çox vurun"

«Qarabağ» Premyer Liqanın 18-ci turunda «Sumqayıt»ı qəbul edəcək.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu bu görüşə revanş gözüylə yanaşır.

Bu da başadüşüləndir. Son illərin dəyişməz çempionu cari mövsümün yeganə məğlubiyyətini Sumqayıtda alıb - 1:2.

Baş məşqçi Qurban Qurbanov komandaxili iclasda futbolçularından 3 xal tələb edib. Maraqlısı budur ki, təcrübəli mütəxəssis oyunçularına rəqibə bacardıqca çox qol vurmağı tapşırıb.

«Qarabağ»ın ötən tur «Zirə»nin qapısından 6 cavabsız top keçirməsini xatırladaq. Görünür, Qurbanov bunun bir təsadüf olmadığını sübuta yetirmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti