“Qarabağ” “Real"la ayaqlaşır, "Bavariya" və "Yuventus" onlara həsəd aparır

17 Fevral 2020 22:40 Qarabağ 1 553
“Qarabağ” “Real"la ayaqlaşır, "Bavariya" və "Yuventus" onlara həsəd aparır

Avropanın aparıcı çempionatlarında məğlub olmayan yeganə komanda “Liverpul”dur.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın lideri çempionatda keçirdiyi 26 oyunda 25 qələbə qazanıb və bir heç-heçə edib.

İspaniya La Liqasına başçılıq edən “Real” 24 görüşdə cəmi bir dəfə məğlub olub. Madrid təmsilçisi 15 qələbə qazanıbsa, 8 matçda meydandan “sülh”lə ayrılıb.

Bundesliqa birincisi “Bavariya” cari mövsümdə çempionatda 22 görüşə çıxıb. Münhen təmsilçisi bu oyunların 4-də meydanı xalsız tərk edib. A Seriyasının qalibi “Yuventus” 24 qarşılaşmada 3 məğlubiyyət alıb.

Azərbaycan çempionatının lideri “Qarabağ” isə hələlik “Real"la eyni performansı göstərir. Son ölkə çempionu geridə qalan 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub.

Ağdam klubu 16 oyunun 5-dən meydanı bir xalla tərk etsə də, 11 qarşılaşmadan qələbə ilə ayrıla bilib.

Digər Xəbərlər
Xəbər Lenti