"Qarabağ"da ikinci HADİSƏ

17 Fevral 2020 12:53 Qarabağ 956
"Qarabağ"da ikinci HADİSƏ

Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Qarabağ” oyununda 6:0 hesablı qələbə qazanan qonaqların 6 futbolçusu qol sevinci yaşayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin ölkə çempionatlarındakı çıxışları tarixində ikinci belə hadisədir.

İndiyədək yalnız bir dəfə “Qarabağ”ın 6 üzvü eyni matçda qol vurub. 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda 6:1 hesabı ilə qalib gələn ağdamlıların qollarına fərqli futbolçular imza atıb.

Həmin vaxt Riçard Almeyda, Rəşad Sadiqov birinci, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifov ikinci hissədə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu