"Qarabağ"ı "Milan"a dəyişən qapıçı filmə çəkilir

15 Fevral 2020 18:12 Qarabağ 581
"Qarabağ"ı "Milan"a dəyişən qapıçı filmə çəkilir

Cari mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən, qış fasiləsində isə "Milan"a yollanan Asmir Beqoviç sənədli filmə çəkilir.

Sportinfo.az "klix.ba" nəşrinə istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı millinin 20 illiyi münasibətilə filmdə yer alacaq.

Film gələn il yubileyini qeyd edəcək yığmanın sadiq azarkeşlərindən bəhs edir. Burada 32 yaşlı qolkiperlə yanaşı, yığmadan komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Miralem Pyaniçin də fikirlərinə yer veriləcək.

Çəkilişlərlə bağlı İtaliyaya yollanan rejissor Haris Dubitsa artıq sözügedən futbolçularla görüşüb: "Sevinirəm ki, Miralem dəyişməyib. Həmişəki kimi təvazökar, sakit və xeyirxahdır.

Onunla müsahibədən xeyli maraqlı məlumat topladıq. Biz Asmirlə də söhbət etdik. Karyerası haqqında geniş məlumat verdi. Hər ikisinə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!