"Qarabağ"da qalmağı özüm də istəmədim, onlar da"

12 Fevral 2020 20:40 Qarabağ 1 443
"Qarabağ"da qalmağı özüm də istəmədim, onlar da"

«Klub rəhbərliyi ilə aramızda heç bir problem olmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın U-15 komandasının baş məşqçisi Araz Bağırov deyib.

Ağdam klubundan ayrılması haqda dünən saytımızda gedən xəbərdən sonra redaksiyamızla əlaqə saxlayan gənc mütəxəssis bunları söyləyib:

«6 il idi ki, «Qarabağ»da işləyirdim. Ötən mövsüm komandanı çempion etdim. Bu il də birinci yerdə gedirdik. Buradan getməyimin konkret səbəblərini açıqlamaq istəmirəm.

Onu deyə bilərəm ki, özüm də qalmaq istəmirdim, akademiyanın rəhbərliyimi də qalmağa israr etmədi. Yəni ki, bu, hər iki tərəfin istəyi ilə baş verdi.

«Qarabağ»da çalışdığım müddətdə həmişə əlimdən gələni eləmişəm, ürəklə işləmişəm. Yaxınlarda U-15 yığmasının toplanışı olmalıdır, ora «Qarabağ»dan 6-7 futbolçu çağırılacaq.

Adətən, «Qarabağ»ın digər yaş qruplarından millilərə 2-3 nəfər dəvət alır, bizdən isə altı-yeddi nəfər. Bu faktın özü mənim «Qarabağ»da necə işlədiyimi göstərir».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"