Məşhur şərhçi Mahirin "Fənərbaxça"ya lazım olmasına inanmır

12 Fevral 2020 18:20 Qarabağ 1 654
Məşhur şərhçi Mahirin "Fənərbaxça"ya lazım olmasına inanmır

"Mahir haqda Azərbaycanda çox danışırlar, biz isə hələ onu yaxından tanımırıq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "A Spor"un eksperti İlqar Çinara məxsusdur.

Türkiyənin "Fanatik" qəzeti "Fənərbaxça"nın "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlanması haqda yaxınlarda yeni iddia irəli sürüb.

Bu mövsümün əvvəlində 18 yaşlı iranlı hücumçu Allahyar Sayyamaneşi transfer edən İstanbul klubunun bu qış millimizin üzvünü transfer edə biləcəyi vurğulanıb.

Ağdam təmsilçisinin 22 yaşlı hücumçusu cari mövsüm 25 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib. İlqar Çinar "Fənər"in Mahiri maraq dairəsinə almasına şübhəylə yanaşıb:

"Super Liqada çempionluq uğrunda mübarizə aparan klubun o qədər də tanınmayan futbolçunu istəməsi mənə bir elə inandırıcı gəlmir.

Azərbaycan mediası Mahir Emreli haqda yüksək fikirdədir. Mənim bildiyim odur ki, Çempionlar Liqasında və Avropa Liqasında çıxış edib. Azərbaycan millisinə hər dəfə dəvət alır.

Səhv eləmirəmsə, əvvəlki soyadı Mədətov olmalıdır. Eşitmişəm ki, ata-anası bir müddət öncə ayrılıb və o da Emreli soyadını götürüb.

Digər Xəbərlər
Xəbər Lenti