"Qarabağ" son dəqiqədə "soyuq duş" aldı - VİDEO

26 Yanvar 2020 00:28 Qarabağ 1 039
"Qarabağ" son dəqiqədə "soyuq duş" aldı - VİDEO

"Qarabağ" Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyunundan da məğlub ayrılıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu dəfə Polşanın "Visla" (Plok) klubu ilə qarşılaşmada uduzub - 2:3.

Azərbaycan təmsilçisi iki dəfə hesabda önə keçib. 18-ci dəqiqədə Mahir Emreli penalti ilə hesabı açıb. 52-ci dəqiqədə isə Xayme Romero fərqlənib. Lakin rəqib hər iki halda hesabı bərabərləşdirib və oyunun sonlarında qələbə topuna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti