"Qarabağ"a qarşı istədiyimizi etdik" - ÇEXİYALI MƏŞQÇİ

25 Yanvar 2020 17:28 Qarabağ 1 140
"Qarabağ"a qarşı istədiyimizi etdik" - ÇEXİYALI MƏŞQÇİ

"Siqma"nın baş məşqçisi Radoslav Latal Antalyada "Qarabağ"la yoxlama görüşündə qeydə alınan 3:1 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, Çexiya mətbuatına danışan Olomuts klubunun 50 yaşlı çalışdırıcısı Ağdam klubuna qarşı istədiklərini həyata keçirdiklərini deyib.

“Oyunumuzdan razı qaldım. Bizim üçün Avropa Liqasının iştirakçısı bir komanda ilə oynamaq çox yaxşı haldır. Çox yaxşı mübarizə apardıq. “Qarabağ”a qarşı istədiyimizi etdik. Ancaq ikinci hissə bəzi dəyişiklərdən sonra səhvlərimiz də oldu. İndi bunları müzakirə etməyin vaxtıdır. Liqa başlayana kimi səhvləri düzəltməliyik. Bu gün qalib gəldiyimiz üçün çox şadam”.

Qeyd edək ki, “Qarabağ” bu gün daha bir yoxlama oyununa çıxacaq. Ağdam klubu saat 18:30-da Polşanın “Visla” (Plok) komandası ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!