"Qarabağ" Çexiya klubuna məğlub oldu

25 Yanvar 2020 14:20 Qarabağ 843
"Qarabağ" Çexiya klubuna məğlub oldu

Antalyada qış-təlim məşq toplanışını davam etdirən "Qarabağ" Türkiyədə növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Siqma" ilə qarşılaşıb. Ağdam təmsilçisi Çexiya klubuna 1:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində yeganə qolu Musa Qurbanlı vurub.

"Qarabağ" bu gün daha bir yoxlama matçında qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək qarşılaşmada rəqib Polşa təmsilçisi "Visla" (Plok) olacaq.

12:30 "Qarabağ" – "Siqma" (Çexiya) 1:3

Qol: Musa Qurbanlı, 59

"Qarabağ": 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 19. Filip Ozobiç, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye

18:30 "Qarabağ" – "Visla" (Plok, Polşa)
Antalya, “Gloria Sereniti”

Digər Xəbərlər
Xəbər Lenti