"Qarabağ" hər iki oyunda uduzdu

25 Yanvar 2020 20:12 Qarabağ 1 827
"Qarabağ" hər iki oyunda uduzdu

Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan "Qarabağ" bu gün son sınağına çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu bir gündə iki komanda ilə qarşılaşıb. Qurban Qurbanov kollektivini əvvəlcə Çexiya "Siqma"sı ilə matçda iş başında görüb. Bu qarşılaşma "köhlən atlar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Günün və toplanışın son oyunu isə axşam saatlarına təsadüf edib. Ağdamlılar hazırlığın Antalya mərhələsinə Plotsk "Visla"sı ilə yekun vurub. Məlumat üçün bildirək ki, Polşa klubunda ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak da çıxış edir. "Qarabağ" ilk matçda olduğu kimi, bu dəfə də uduzub - 2:3.

"Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. İlk matçda Rumınyanın "Akademiya Klinçeni" klubu ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan çempionu Qazaxıstan təmsilçisi "Jetisu"nu isə 1:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunları

25 yanvar

“Qarabağ” – “Siqma” (Çexiya) 1:3
Qol:
Musa Qurbanlı

“Qarabağ” – “Visla” (Plotsk, Polşa) 2:3
Qollar:
Mahir Emreli, 18-pen. Xayme Romero, 52.

Digər Xəbərlər
Xəbər Lenti