"Qarabağ" Antalyada davam edən qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb.
Sportinbfo.az xəbər verir ki, isinmə hərəkətlərinin ardından futbolçular toplu və taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.
"Qarabağ" bu gün Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma" kollektivi, 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubuyla yoxlama matçı keçirəcək.