Latal "Qarabağ"ı seçməsinin səbəbini gizlətmədi

24 Yanvar 2020 13:42 Qarabağ 1 708
Latal "Qarabağ"ı seçməsinin səbəbini gizlətmədi

"Qış fasiləsindən sonra çempionatda ardıcıl ağır oyunlarımız olacaq. "Teplitse", "Sparta" və "Yablonets" çətin komandalardır".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Siqma"nın baş məşqçisi Radoslav Latala məxsusdur.

"Qarabağ"ın son yoxlama görüşündə üz-üzə gələcəyi "Siqma" artıq Antalyadadır. Fevralın 2-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Çexiya təmsilçisi yanvarın 25-də Azərbaycan çempionu ilə qarşılaşacaq.

Olomuts klubunun çalışdırıcısı "Qarabağ"ı rəqib kimi düzgün seçdiklərini söyləyib: "Yoxlama oyunları üçün rəqib seçimi zamanı bunu nəzərə aldıq.

Burada "Qarabağ", "Orenburq" və "Dnepr"lə qarşılaşacağıq. Düşünürəm ki, onlar həm müdafiədə, həm də hücumda bizi yaxşı sınaqdan keçirəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti