Koreya klubu "Qarabağ"ın futbolçusuna təklif göndərdi

23 Yanvar 2020 18:00 Qarabağ 2 452
Koreya klubu "Qarabağ"ın futbolçusuna təklif göndərdi

"Qarabağ"ın hücumçusu Mahir Emreliye növbəti təklif Asiya qitəsindən gəlib.

Sportinfo.az-ın məlumatına görə, yeni mövsümün startına hazırlaşan Cənubi Koreyanın K Liqa - Superliqa təmsilçisi "Seul" millimizin forvardını heyətinə qatmaq üçün futbolçuya təklif göndərib.

Asiya təmsilçisi 22 yaşlı Emreliyə uzunmüddətli müqavilə və yaxşı maaş şərti irəli sürüb. Lakin yayda "Sevilya"nın rəsmi təklifini geri çevirən və İspaniya klubunun B komandasında oynamağa razılaşmayan Mahir koreyalılara da "yox" deyib. Fikirləşmək üçün vaxt istəyən futbolçunun "Seul"un təklifinə qəti maraq göstərmədiyini dəqiqləşdirmişik.

Koreya klubu ötən mövsümü 3-cü yerdə başa vurub. K liqasının yeni mövsümü martda başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti