"Qarabağ" bu gün aldı və qiymətini verdi - MİLYON AVRO

23 Yanvar 2020 16:00 Qarabağ 1 824
"Qarabağ" bu gün aldı və qiymətini verdi - MİLYON AVRO

"Qarabağ" bu gün yeni transferini açıqlayıb.

Ağdam təmsilçisi "Leqanes"dən Ovusu Kvabenanın keçidini rəsmiləşdirib.

23 yaşlı qanalı hücumçu cari mövsüm icarə əsasında çıxış etdiyi "Kordoba"nın heyətində 16 oyuna çıxıb və 6 qola imza atıb.

O, Azərbaycan çempionu ilə 2.5+1 illik müqavilə imzalayıb. İspaniya mətbuatının iddiasına görə, "Qarabağ" “Leqanes”ə 300 min avro ödəyib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, afrikalı forvard ölkəmizdə yaxşı pul qazanacaq. İlk ilində 250 min avro əldə edəcək Ovusunun gəliri növbəti mövsümdə daha da artacaq.

Razılaşmaya əsasən, Avropanın tanınmış klublarından təklif gələrsə və "Qarabağ"ın istədiyi məbləğ ödənilərsə, onun gedişinə şərait yaradılacaq. Qanalının satış qiyməti isə 1 milyon avrodan başlayır.

Digər Xəbərlər
Xəbər Lenti