"Neftçi"nin söyüşcül və qalmaqallı futbolçusu əfv olundu

23 Yanvar 2020 16:46 Qarabağ 1 228
"Neftçi"nin söyüşcül və qalmaqallı futbolçusu əfv olundu

Dari Frederiko "Neftçi"nin yeni baş məşqçisi tərəfindən bağışlanıb.

Sportinfo.az-ın məlumatına görə, Roberto Bordin tərəfindən əvəzedici heyətə göndərilən legioner tezliklə əsas komandanın sıralarına dönəcək.

İtaliyalı mütəxəssisin istefaya göndərilməsindən sonra sükan arxasına keçən Füzuli Məmmədov braziliyalı yarımmüdafiəçinin xətasının üstündən keçib.

Dario Antalya səfəri öncəsində Bordinlə toqquşmuş, tapşırıqlarını yerinə yetirməməklə yanaşı, onu təhqir eləmişdi. Bu səbədən əvəzedici heyətə "sürgün olunan" cənubi amerikalı cəriməyə də məruz qalmışdı.

Həmin cərimə yenə qüvvədədir. Sadəcə, Məmmədov Dariodan istifadə etmək niyyətindədir və qalmaqallı futbolçunun özü də artıq bundan xəbərdardır.

Ona daha bir şans veriləcək. Əlbəttə, qalmaqallı braziliyalı aldığı digər təklifləri dəyərləndirmək istədiyini deyib, icarəyə göndərilməsində israr eləməsə.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"