"Qarabağ" yeni transferin müqavilə detallarını açıqladı

23 Yanvar 2020 14:19 Qarabağ 1 301
"Qarabağ" yeni transferin müqavilə detallarını açıqladı

"Qarabağ" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən "Leqanes"in forvardı Ovusu Kvabenanı heyətinə qatıb. 22 yaşlı forvardla 2,5 illik müqavilə imzalanıb.

Mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

Yeni transfer Qananın əsas millisində də 4 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti