"Leqanes"in qanalı forvardı RƏSMƏN "Qarabağ"da"

23 Yanvar 2020 13:05 Qarabağ 1 282
"Leqanes"in qanalı forvardı RƏSMƏN "Qarabağ"da"

"Qarabağ" yeni transferini açıqlayıb.

Ağdam təmsilçisi İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Anlaşmanın detalları barədə rəsmi məlumat açıqlanmasa da, Sportinfo.az öyrənib ki, afrikalı forvardla 3 illik müqavilə bağlanıb.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!