İspan klubu "Qarabağ"ın almaq istədiyi futbolçudan xəbərsizdir

23 Yanvar 2020 12:50 Qarabağ 1 226
İspan klubu "Qarabağ"ın almaq istədiyi futbolçudan xəbərsizdir

"Qarabağ"ın İspaniyanın 3-cü Liqa təmsilçisi "Kordoba"dan almağa hazırlaşdığı "Leqanes"in futbolçusu Kvabena Ovusunun keçidi dolaşığa düşüb.

Sportinfo.az xəbər verir ki, qanalı futbolçunun məxsus olduğu La Liqa klubu onu buraxmaq istəmir.

Digər tərəfdən, İspaniya mətbuatına açıqlama verən “Kordoba"nın idman direktoru Alfonso Serrano isə futbolçudan xəbərsiz olduqlarını deyib. Klub rəsmisi afrikalı forvardın komandanı pis vəziyyətdə buraxdığını bildirib.

Kvabena "Kordoba"nın düşərgəsini icazəsiz tərk edərək Madridə yollanıb. 22 yaşlı oyunçunun Ağdam klubu ilə müqavilə imzalamaq üçün bu addımı atdığı vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti