İtalyanlardan "Qarabağ"ın legioneri ilə bağlı növbəti - İDDİA

22 Yanvar 2020 16:06 Qarabağ 1 144
İtalyanlardan "Qarabağ"ın legioneri ilə bağlı növbəti - İDDİA

İtaliya mətbuatı dünən B Seriyasının lideri "Benevento"nun "Qarabağ"ın müdafiəçisi Faysal Rerrasın xidmətində maraqlı olduğunu və onu transfer etmək istədiyini yazmışdı.

Sportinfo.az xəbər verir ki, yerli KİV bu gün belçikalı futbolçu ilə bağlı növbəti məlumat yayıb. İddiaya görə, "Benevento" 26 yaşlı oyunçunu indi yox, cari mövsümün sonunda heyətinı qatmaq niyyətindədir.

Hazırda B Seriyasında 3-cü pillədə olan "Krotone"nin də Rerrası transfer etmək istədiyi bildirilir. Ancaq liderin şansları daha yüksək qiymətləndirilir.

Rerrasın "Qarabağ"la yaya kimi müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!