Liqa 1-in futbolçusu "Qarabağ"dan niyə imtina edib?

22 Yanvar 2020 13:16 Qarabağ 1 447
Liqa 1-in futbolçusu "Qarabağ"dan niyə imtina edib?

Fransa Liqa 1-ində mübarizə aparan "Reyms"in müdafiəçisi Yunis Abdulhəmid Azərbaycanla bağlı maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı mərakəş əsilli fransız futbolçu "Qarabağ"dan dəvət aldığını, hətta danışıq apardığını deyib.

“Ökə xaricində çıxış etmək istədiyirdim. Azərbaycanın “Qarabağ” klubuna keçmək imkanım var idi. Cəlbedici təklif almışdım, maliyyə şərtləri də yaxşı idi. Ancaq mən tərəddüd etdim. “Dijon”da uğursuz təcrübədən sonra inkişaf edə biləcəyim bir klubda çıxış etmək istədim. Müntəzəm oynamamaqdan bezmişdim. Nəhayət, “Reyms” mənim üçün ən doğru seçim oldu”.

Yunis karyerası ərzində yalnız Fransada oynayıb. O, cari mövsüm Liqa 1-də 20 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti