Alman məşqçi millimizin üzvü üçün zamin durdu

22 Yanvar 2020 17:31 Qarabağ 716
Alman məşqçi millimizin üzvü üçün zamin durdu

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda BƏƏ-yə yollanmasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, bu qış “Qarabağ”la yollarını ayıran futbolçu ən sərfəli təklifi “Bani Yas”dan alıb.

Qətər, Küveyt, Bəhreyn və Çinin aşağı liqa klublarıyla danışıqlar aparan braziliyalıya heç kim istədiyi məbləği ödəməyib.

Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi isə "sambaçı"ya 650 min dollar verməyə razılaşıb. Bu keçiddə Vinfred Şeferin rolu birbaşadır. 2010-2011-ci illərdə "Bakı"nı çalışdırmış almaniyalı mütəxəssis Almeydanın “Bani Yas”a gəlişini təmin edib.

Abu-Dabi klubunun rəhbərliyi yığmamızın üzvünə görə əvvəlcə bu qədər xərcə düşməyə ehtiyat eləsə də, məhz Şeferin israrından sonra transfer reallaşıb.

"Bani Yas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. 31 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti