Riçard Almeyda: "Hər şeyi ailəm üçün etdim"

22 Yanvar 2020 11:55 Qarabağ 1 876
Riçard Almeyda: "Hər şeyi ailəm üçün etdim"

Qış fasiləsində "Qarabağ"ı Birləşmiş Ərəb Əmirliklərinin "Bani Yas" klubuna dəyişən Riçard Almeyda keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi həyatında yeni səhifənin açıldığını qeyd edib:

"Bu gün həyatımda yeni mərhələ başlayır. Hər şeydən öncə, mənə bu fürsəti yaratdığı üçün Tanrıya şükür edirəm. Eyni zamanda hər zaman yanımda olan və dəstəyini əsirgəməyən ailəmə təşəkkürümü bildirirəm. Bilirsiz ki, hər şey sizin üçündür. Sizi sevirəm. Getdik!".

Digər Xəbərlər
Xəbər Lenti