“Onu “Qarabağ”a verəcək” - YENİ TRANSFER HAQDA

21 Yanvar 2020 19:00 Qarabağ 1 635
“Onu “Qarabağ”a verəcək” - YENİ TRANSFER HAQDA

“Qarabağ”ın “Kordoba”dan heyətinə qatmağa hazırlaşdığı Ovusu Kvabena klubun düşərgəsini tərk edib. Qanalı bu gün komandanın məşqində yer almayıb.

Yerli "cordobadeporte.com" buna səbəb kimi qanalı hücumçunun “Qarabağ”la aparılan danışıqları sürətləndirmək məqsədilə Madridə yollanmasını göstərib.

“Futbolçu komandadan ayrılmaq istədi. “Leqanes” onu “Qarabağ”a verəcək”.

Sportinfo.az-ın məlumatına görə, “Kordoba” ötən ildən Qana millisinə dəvət alan və bu müddətdə 3 dəfə həmin formanı geyinən forvardın Azərbaycan təmsilçisinə keçidindən pay almayacaq.

”Leqanes”lə onlar arasındakı anlaşmaya əsasən, afrikalıya daha cəlbedici dəvət gələrsə, ”Kordoba” onu qeyd-şərtsiz buraxmalıdır.

”Qarabağ”ın dəvəti həm ”Leqanes”, həm də Ovusunun maraqlarına uyğun gəlib. Azərbaycan çempionunun sabah 3,5 illik transferi açıqlaması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!