"Hələ "Qarabağ"ın futbolçusuyam" - DANİ KİNTANA

21 Yanvar 2020 16:20 Qarabağ 1 087
"Hələ "Qarabağ"ın futbolçusuyam" - DANİ KİNTANA

Dünən Dani Kintananın böyük ehtimalla "Qarabağ"dan ayrılacağını yazmışdıq. İspaniyalı yarımmüdafiəçi bir müddətdir danışıq apardığı adı açıqlanmayan Çin klubu ilə illik 1 milyon avroya anlaşıb. Onun yaxın günlərdə Ağdam klubu ilə vidalaşıb, sözügedən ölkəyə yollanacağı gözlənilir.

Dani ilə əlaqə saxlayıb, məsələnin nə yerdə olduğu ilə maraqlandıq. 32 yaşlı futbolçu Sportinfo.az-a açıqlamasında hələ heç nəyin dəqiqləşmədiyini bildirib:

"Bu suala cavab verə bilməyəcəm. Çünki heç nə bilmirəm. Nə vaxt bilsəm, sizə də deyəcəm və bütün suallarınıza cavab verəcəm. Ona görə də komandadan gedib-getməyəcəyimi indi deyə bilmərəm. Hazırda Antalyada, komandanın düşərgəsindəyəm. Çünki mən hələ "Qarabağ"ın futbolçusuyam".

Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti