"Qarabağ" bu futbolçu ilə vidalaşmağa hazırdırmı?

21 Yanvar 2020 20:10 Qarabağ 1 757
"Qarabağ" bu futbolçu ilə vidalaşmağa hazırdırmı?

"Qarabağ"ın legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə biləcəyi barədə bu gün mediada xəbərlər yayılıb (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/76224.html)

"Qarabağ"a ötən ilin yayında transfer olunan 26 yaşlı ərəb futbolçu hələ də Qurban Qurbanovun rəğbətini qazana bilməyib.

Baş məşqçi onu nadir hallarda meydana buraxır. Belçika vətəndaşlığı da daşıyan legioner çox az-az şans qazanır ki, bu da sözsüz, onu narahat edir.

Yayılan transfer xəbəriylə bağlı "Qarabağ"dan Sportinfo.az-a bildirilib ki, heç bir klubdan onlara təklif gəlməyib. O da qeyd olunub ki, Rerras getmək istəməsi haqda rəhbərliyə və məşqçi korpusuna məlumat verməyib:

"Rerras hazırda komandamızın Antalya toplanışında iştirak edir. Hər şey mətbuatda yazıldığı kimi deyil. Onun İtaliyadan və başqa ölkələrdən təklif almasını mətbuat iddia edir, özü isə hər gün məşqə çıxır və getmək istəməsini heç kimə söyləməyib".

Digər Xəbərlər
Xəbər Lenti