Premyer Liqa klubunun təklifindən imtina edən baş məşqçi kimdir?

17 Avqust 2023 00:40 Qarabağ 938
Premyer Liqa klubunun təklifindən imtina edən baş məşqçi kimdir?

Rusiya Premyer Liqasında yarışan "Axmat" "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib.

Sportinfo.az "Championat.com" saytına istinadən xəbər verir ki, Musayev Premyer Liqa klubunun təklifindən imtina edib.

Xatırladaq ki, "Axmat" dünən baş məşqçi Sergey Taşuyevin istefaya göndərib.

Klubun gənclərdən ibarət komandasına rəhbərlik edən İsa Baytıyev kollektivi Rusiya Premyer Liqasının 5-ci turunun “Orenburq”la oyununa hazırlayacaq və Qroznı komandasında çalışdırıcı kimi çıxış edəcək.

Xatırladaq ki, “Axmat” baş məşqçi Sergey Taşuyevin istefaya göndərildiyini açıqlayıb. Dörd turdan sonra komanda üç xalla RPL-də 12-ci yeri tutur.

Rusiya kubokunda Qroznı kollektivi iki oyunda iki məğlubiyyətlə üzləşib. Komanda son RPL mövsümünü beşinci yerdə başa vurub.\

Murad Musayevə gəlincə o, əvvəllər “Krasnodar”ın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!