Dani “Qarabağ”ı qorxutdu

13 Yanvar 2020 00:42 Qarabağ 1 623
Dani “Qarabağ”ı qorxutdu

"Qarabağ" qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə Türkiyəyə yollanıb.

Sportinfo.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk gündə məşqə çıxıb.

Futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib.

Məşqdə zədələnən Dani Kintana hazırlıq prosesində yer almayıb. Qurban Qurbanovun komandası bu gün iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti