Qurban Qurbanovu yumşaldan xahiş

11 Yanvar 2020 21:43 Qarabağ 1 838
Qurban Qurbanovu yumşaldan xahiş

“Qarabağ“ sabah Antalyaya yollanaraq, hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

14 gün davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika” (Klinçeni), yanvarın 22-də Qazaxıstanın "Jetisu", yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla” (Plok) klublarıyla qarşılaşacaq.

Azərbaycan çempionu ayın 26-da Bakıya dönəcək və fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlığını burada davam etdirəcək.

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov komandanı yanvarın ilk günlərində bir araya gətirmək və Antalyada 3 həftəlik toplanış keçmək fikrində olub.

Baş məşqçi futbolçuların xahişi ilə bu planı dəyişib. Uzunmüddətli hazırlıq prosesinin onlarda psixoloji gərginlik yaratdığını bildirəndən sonra təcrübəli mütəxəssis yumşalıb.

Digər Xəbərlər
Xəbər Lenti